• şənbə, 20 Aprel, 12:17
  • Baku Bakı 23°C

Qardaşını və onun həyat yoldaşını güllələdi

27.05.14 19:22 1104
Qardaşını və onun həyat yoldaşını güllələdi
Beyləqanda qardaş qardaşını və onun həyat yoldaşını qətlə yetirib.
Beyləqan Rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, rayon sakini, 1953-cü il təvəllüdlü Bəndəliyev Məmməd Əli oğlu aralarında torpaq sahəsinə görə yaranmış münaqişə zəmnində qardaşı, 1961-ci il təvəllüdlü Bəndəliyev Həsən Əli oğlunu və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Şükürova Mədinə Barat qızını odlu silahla qətlə yetirib.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
banner

Oxşar Xəbərlər