• cümə, 26 Aprel, 12:15
  • Baku Bakı 23°C

Qardaş bacını öldürdü - Yenilənib

13.06.14 12:42 1128
Qardaş bacını öldürdü - Yenilənib
14:42
Şəmkirdə 33 yaşlı qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub

Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, 33 yaşlı Nəsibə Tağılını qardaşı, 25 yaşlı Adil Tağılının qətlə yetirdiyi müəyyən edilib.
A. Tağılı saxlanılıb.
Qətl hadisəsi ötən gecə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.
-------
12:06
Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib
Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə rayonun Çaparlı kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Şəmkir Rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Məlumata görə N. Tağılı azyaşlı bacısı qızı ilə bir yerdə yaşayırmış.
Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır./apa/
banner

Oxşar Xəbərlər