• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

Qaradağ Seçki Dairəsi ilə bağlı MSK-nın qərarı qüvvədə saxlanıldı

23.02.20 17:06 888
Qaradağ Seçki Dairəsi ilə bağlı MSK-nın qərarı qüvvədə saxlanıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizəd Səxavət Soltanlının müraciətində sözügedən dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb.
Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Aydın Hüseynovdur.
banner

Oxşar Xəbərlər