“Qarabağ”la oyunu səbirsizliklə gözləyirik - Konte
"Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup
mərhələsində "Qarabağ”la keçiriləcək oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, Konte turnirdəki iddiaları barədə də məlumat
verib. O, "Qarabağ”la oyunu səbirsizliklə gözlədiklərini bildirib :
"Biz Çempionlar Liqasından vəcdə gəlirik. "Qarabağ”la oyunu böyük
səbirsizliklə gözləyirik. Mənim vəzifəm yalnız meydan barədə düşünmək,
futbolçularımla işləməkdi.
Ötən mövsüm heç kim bizim çempion olacağımıza inanmırdı. Böyük
komandaya başçılıq edirsinizsə, ondan sizdən gözləntilər də çox olacaq.
Biz belə təzyiqə hazır olmalıyıq. Mən həmişə təzyiq göstərməyi
xoşlayıram. O cümlədən, özümə də təzyiq göstərirəm”.