• çərşənbə axşamı, 19 mart, 10:53
  • Baku Bakı 8°C

"Qarabağ"ın sabiq futbolçusu baxımlı qolla Superliqanın tarixinə düşüb

23.01.22 11:00 485
"Qarabağ"ın sabiq futbolçusu baxımlı qolla Superliqanın tarixinə düşüb

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.
"Report""Opta"ya istinadən xəbər verir ki, hazırda "Sivasspor"da çıxış edən braziliyalı yarımmüdafiəçi buna "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII tur oyununda fərqlənməklə nail olub.
74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı oyunçu İstanbul təmsilçisinə qarşı oynadığı son 3 matçın hamısında rəqibi məyus edib. "Sambaçı" bu qollardan birini "Kayserispor"un, ikisini isə "Sivasspor"un heyətində vurub.
Enrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.
Qeyd edək ki, Pedro Enrike "Qarabağ"da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.
banner

Oxşar Xəbərlər