• çərşənbə, 17 Aprel, 01:53
  • Baku Bakı 14°C

"Qarabağ"dan azarkeşlərə şad xəbər: "Avtobuslar olacaq"

15.09.16 15:57 1263
"Qarabağ"dan azarkeşlərə şad xəbər: "Avtobuslar olacaq"
Bu gün "Dalğa Arena”da Çexiya klubu "Slovan”ı qəbul edən "Qarabağ” klubu azarkeşlərin stadiona gəliş-gedişi ilə bağlı avtobus ayırıb.

Lent.az-a bu barədə klubun sözcüsü Nurlan İbrahimov məlumat verib. O bildirib ki, "Azərsun Holdinq" yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matçda rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq. Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcək.

Qeyd edək ki, "Qarabağ”- "Slovan” qarşılaşmasının start fiti 21:00-da çalınacaq.
banner

Oxşar Xəbərlər