• çərşənbə axşamı, 01 iyul, 01:55
  • Baku Bakı 22°C

Qarabağda döyüşən livanlı muzdlu terrorçu 20 il azadlıqdan məhrum edilib

14.06.21 11:07 310
Qarabağda döyüşən livanlı muzdlu terrorçu 20 il azadlıqdan məhrum edilib
Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, o cəzanın ilk 5 ilini həbsxanada, digər hissəsini ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Eulcekcian Viken Abrahamın 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
banner

Oxşar Xəbərlər