• cümə, 29 Mart, 03:17
  • Baku Bakı 7°C

Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov

06.05.21 14:20 601
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı deyib.
O bildirib ki, bu proses kifayət qədər çətin gedir: "Çünki indi regionda birləşdirici marşrutların təşkili, təmas xətti məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri həll olunur. Regionun rahat nəfəs alması və dinc həyatın təmin olunması üçün bu məsələlərin həlli vacibdir. Əvvəl siyasi müzakirələrlə məşğul olub bu prosesi sonraya saxlamaq istəyənlər, fikrimcə, bu prosesi baş-ayaq çevirir. Siyasi prosesləri insanların normal yaşayışının təmin olunmasından - necə ki, azərbaycanlılar və ermənilər on illər, yüz illər boyunca normal yaşayıblar - sonra həll etmək olar".

banner

Oxşar Xəbərlər