• cümə, 29 Mart, 11:48
  • Baku Bakı 5°C

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb

18.10.17 23:04 4909
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb
Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Apasport.az saytının məlumatına görə,Ağdamtəmsilçisi Çempionlar Liqasının III turunda "Atletiko” ilə qarşılaşıb.
C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb.
Görüşdə hesab açılmayıb. Hər iki tərəf qol vurmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyiblər.
Dino Ndlovu matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq oyunu erkən tərk etməli olub. "Qarabağ" son 15 dəqiqəni azlıqda keçirsə də, yekunda ilk xalını qazana bilib.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur
C qrupu
"Qarabağ” (Azərbaycan) – "Atletiko” (İspaniya) - 0:0
banner

Oxşar Xəbərlər