Qara neftin şəffaf üzü
Müasir dövrdə hər bir milli iqtisadiyyatın, eləcə
də bütövlükdə dünya iqtisadiyyatının inkişafını təmin edən əsas amil enerji
resurslarıdır. Etiraf etməliyik ki, bu sırada neft və neft məhsulları birinci
yerdə dayanır. Neft bəşəriyyətin həyatında misilsiz rol oynayan ən mühüm təbii
sərvətlərdən biridir.
Neft istehsalı və ondan geniş istifadə dünyada elmin, texnikanın, iqtisadiyyatın, xüsusilə sənaye istehsalının sürətli inkişafına təkan verib, insan həyatında köklü dəyişikliklər yaradıb. Texnologiyalar nə qədər inkişaf etsə də, hələ də dünyada istehsal olunan bütün elektrik enerjisinin təxminən 40 faizi neft hesabına əldə olunur. Odur ki, neft iqtisadiyyatın əsas enerji resursu kimi qalmaqda davam edir.
Azərbaycan da neft ölkəsidir. 1994-cü ildən etibarən ölkəmizdə yeni neft və enerji siyasəti yürüdülür. Bu siyasətin əsasında təbii sərvətlərimizdən - zəngin neft və qaz yataqlarından dövlətimizin möhkəmlənməsi, əhalinin həyat şəraitinin, sosial rifahının yaxşılaşması və beynəlxalq arenada ölkəmizin mövqelərinin gücləndirilməsi kimi məqsədlər dayanır.
Suveren fondlar necə işləyir?
Bu sahədə iri neft istehsalçısı olan ölkələrin zəngin təcrübəsi var. Ən uğurlu nümunələr isə suveren fondların yaradılması ilə bağlıdır. Suveren fondlar dövlətlər tərəfindən böhran dövründə maliyyə sabitliyini qorumaq məqsədilə qlobal sərmayə aləti qismində yaradılır. Bu fondların əksəriyyəti karbohidrogen ehtiyatlarının ixracı sayəsində yaradılır.
Suveren fondlar adətən qiymətli kağızlar, istiqrazlar, aksiyalar, daşınmaz əmlak və digər maliyyə alətlərindən ibarət investisiya fondunu ehtiva edir. Bu fondlar əksər hallarda dövlət tərəfindən yaradılsa da, istisnalar da var - məsələn, Alyaska ştatının neft fondu, China İnvestment Corporation və digərləri.
Suveren fondların əsas funksiyası əlverişsiz iqtisadi mühit yarandığı zamanı büdcədəki defisitin örtülməsi, ixracdan gələn gəlirlərin perspektiv layihələrə sərmayə qismində yatırılmasından ibarətdir. Bu cür fondlar xalqın sərvətini idarə etdiyindən, vətəndaşlar qarşısında cavabdehlik daşıyır.
Dünyada ilk suveren fondlar ötən əsrin 50-ci illərində Küveytdə, Venesuelada yaradılıb. Lakin XX əsrin sonlarında bu, daha kütləvi praktikaya çevrildi. Hazırda dünyada ən iri suveren fondlar kimi Norveçin Dövlət Pensiya Fondu (SPU) və Abu-Dabi Suveren Fondu qəbul edilir. Rusiyada da neft ixracından əldə olunan gəlirlərin səmərəli istifadəsi üçün Sabitləşmə Fondu yaradılıb, sonradan bu qurum iki hissəyə ayrılıb.
Azərbaycan nümunəsi – Dövlət Neft Fondu
Dünya enerji məkanında rolu ildən-ilə artan Azərbaycan da gəlirlərin toplanması, neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi üçün suveren fondunu – Dövlət Neft Fondunu yaradıb. Neft Fondunun qarşısında qoyulan əsas vəzifə Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsini, Neft Fondunun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir. Həmçinin Neft Fondunun qarşısında ölkə iqtisadiyyatını artan xarici valyuta daxilolmalarının mümkün mənfi təsirlərindən qorumaq (manatın kəskin bahalaşması və yerli istehsalın rəqabət qabiliyyətinin pisləşməsi ehtimalı), makroiqtisadi tarazlığı tənzimləmək məqsədləri və maliyyə intizamına xələl gətirməmək öhdəçiliyi durur.
Bu gün suveren fondlar sahibi olduğu vəsaitlərin həcminin artması hesabına qlobal maliyyə bazarlarının əsas iştirakçılarına çevrilib. Məsələn, SPU-nun aktivləri bu yaxınlarda açıqlanan məlumata görə, 1 trilyon dolları keçib. Bu qurum neft tükəndikdən sonra da Norveç əhalisinin rifahını təmin edəcək. Norveç Dövlət Pensiya Fondu bundan əvvəl daşınmaz əmlaka böyük sərmayələr yatıb. SPU Britaniya, Fransa, İsveçrədə iri binalara malikdir. Son illər isə SPU yüksək texnologiya şirkətlərinə (Apple, Alphabet, Microsoft), eləcə də neft-qaz sahəsi ilə heç bir əlaqəsi olmayan şirkətlərə (Məsələn Nestle-yə) investisiyalar qoyur. Və ya Səudiyyə Ərəbistanı Krallığının suveren fondu bir il ərzində texnoloji kompaniyalara 50 milyard dollar yatırıb. Məsələn, təkcə Uber-ə 3,5 milyard dollarlıq sərmayə qoyulub. Qətər hökuməti də ABŞ-da texnoloji startapları maliyyələşdirmək haqqında düşünür.
ARDNF diqqətini yeni sahələrə yönəldib
2018-ci il ərzində ARDNF-nin aktivləri təqribən 7,6 faiz artıb. 2019-cu ilin 31 mart tarixinə olan məlumata görə, ARDNF-nin aktivləri 40 milyard 273 milyon ABŞ dolları təşkil edir. Bu isə 2017-ci ilin dekabrındakından 12,5 faiz çoxdur və 2018-ci ilin sonunda birbaşa dövlət borcları və təminatlarını 1,7 dəfə üstələyir. Uzunmüddətli investor qismində çıxış edən ARDNF müxtəlif investisiya alətlərini özündə birləşdirən investisiya portfelinə malikdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təsdiq edilib. Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olub.
2018-ci ildə Dövlət Neft Fondu özünün uzunmüddətli investisiya strategiyasının icrasını davam etdirib, səhmlər, özəl səhmlər, daşınmaz əmlak və qızıl kimi aktivlər üzrə yeni investisiyalar həyata keçirilib. Belə ki, daşınmaz əmlak portfelində müştərək və fond investisiya strategiyaları üzrə ümumilikdə beş yeni yatırım edilib. Əlavə olaraq, özəl səhm investisiyaları üzrə isə 2018-ci ildə 5 yeni fondla investisiyalar ilə bağlı müqavilələr imzalanıb.
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun mətbuata açıqlamasına görə, qurumun investisiya portfelində səhm, daşınmaz əmlak kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır: "Təbii ki, belə bir portfelin qurulması Dövlət Neft Fondunun əsas məqsədlərindən biri olan neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsi istiqamətində olduqca mühüm bir addımdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da öz növbəsində müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir”.
İnvestisiya portfelində daha nələr var?
Bu il ARDNF-nin investisiya portfelində səhmlərin maksimal payı 2018-ci ildə olduğu kimi, 25 faiz təşkil edəcək. Neft Fondu, həmçinin pay fondlarının səhmlərinə investisiya qoyur. 2019-cu il üçün təsdiq olunmuş strategiyaya uyğun olaraq, Şimali Amerika və Avropanın pay fondlarına investisiyaları davam etdirmək planlaşdırılır. Daşınmaz əmlaka investisiyalara gəlincə, Fond Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun inkişaf etmiş ölkələrində müxtəlif daşınmaz əmlak növlərinə investisiya qoymağı planlaşdırır.
Digər tərəfdən, ARDNF-nin investisiya portfelində qızıl da əhəmiyyətli yer tutur. Fondun investisiya siyasətinə edilən dəyişikliklər nəticəsində portfeldə qızılın payı 5 faizdən 10 faizədək artıb. Ötən il ərzində isə əlavə olaraq dəyəri 816,96 milyon dollar təşkil edən 20 ton 778,4 kiloqram (668 040,7 troya unsiyası) qızıl alınıb ki, nəticədə ARDNF-nin investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram (1 638 186,3 troya unsiyası) və yaxud dəyəri 2 milyard 93,09 milyon dollar təşkil edib. Fond investisiya siyasətinə uyğun olaraq, sabit gəlirli maliyyə alətləri və qısamüddətli kapital bazarı alətləri, səhmlər, daşınmaz əmlak və qızıla investisiya yatırmaqda davam edəcək.
Neft Fondu dünyanın ən şəffaf təşkilatlarından biridir
Fəaliyyətə başladığı gündən şəffaflıq və hesabatlılıq əsas prinsiplərindən biri olan ARDNF hazırda beynəlxalq səviyyədə tanınan, şəffaf fəaliyyətinə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən bir qurumdur. 2007-ci ildə ARDNF-ə BMT-nin "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı təqdim edilib. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülən birinci dövlət qurumudur.
ARDNF-dən verilən məlumata görə, suveren fondların şəffaflıq və hesabatlılığının qiymətləndirilməsi sahəsində Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Truman tərəfindən hazırlanmış, struktur, idarəetmə, şəffaflıq və hesabatlılıq, maliyyə bazarlarında fəaliyyət kateqoriyalarından ibarət qiymətləndirmə cədvəlində ARDNF 60 suveren fond arasında yüksək göstərici ilə - 92 balla 4-cü yerdə qərarlaşıb.
Dünyanın 10-cu nüfuzlu investoru
Onu da qeyd etmək lazımdır ki, ARDNF ötən il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yeri tutub. Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya, ianə fondları və sair təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilib. Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilən bu cədvəldə qurumların öz fəaliyyətində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait və həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınıb. Bütün bunlar ARDNF-nin beynəlxalq arenadakı yeri və nüfuzunu hər kəsə məlum edən mühüm göstəricilərdir.
Şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə ARDNF-nin fəaliyyəti illik əsasda müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılır, fondun öz fəaliyyəti barədə illik hesabatı dərc edilir. Neft Fondu gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir. Həm də Suveren Fondların Beynəlxalq Forumunun (http://www.ifswf.org/) internet səhifələrində yerləşdirilən hesabat vasitəsilə Neft Fondu bütün lazımi məlumat və sənədləri, bu məlumatlarla əlaqəli linkləri Santyaqo prinsip və alt prinsiplərinə uyğun şəkildə açıqlayır. Hesabatın illik əsasda yenilənməsi şəffaflığın artırılmasına şərait yaradır.
ARDNF Linaburq-Maduel şəffaflıq indeksində də ən yüksək balı toplayan az sayda suveren fondlardan biridir. Linaburq-Maduel şəffaflıq indeksi 10 əsas prinsipdən ibarətdir. Bu prinsiplərə suveren fondların məqsəd və vəzifələri, formalaşma mənbələri, strukturu, tarixi, xarici menecerlərlə əlaqələri, investisiya siyasəti və portfeli barədə məlumatlar, hesabatların, əlaqələrin açıqlanması, veb-saytın mövcudluğu kimi məsələlər daxildir. ARDNF bütün prinsiplər üzrə bal yığıb.
Bu tədbirlər, beynəlxalq qurumlar tərəfindən aparılan qiymətləndirmələrdə Fondun tutduğu mövqelər bir daha onu göstərir ki, suveren fond olaraq ARDNF bu sahədə bütün tələbləri layiqincə yerinə yetirir. Məhz belə fəaliyyətinə görə bu gün ARDNF beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi yüksək nüfuz qazanıb. Bu faktor fondların qarşısında cavabdehlik daşıdığı ölkə vətəndaşları, fəaliyyət göstərdiyi dövlətin müxtəlif qurumları, tərəfdaş təşkilatlar ilə münasibətlərinin müsbət inkişafına, quruma davamlı inamın formalaşmasına mühüm təsir edir.
Etibarlı tərəfdaş və hər kəsin inandığı, şəffaf fəaliyyət göstərən bir qurum - Neft Fondunun fəaliyyətinin əsas qayəsini təşkil edən bu məqamlar onun loqosunda da açıq təsvir olunub. Loqoda Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən əllər arasında çox əziz və qiymətli nəyisə himayə edən insan fiquru təsvir edilib. Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da Fondun şəffaf fəaliyyətinin simvoludur.
Məğrur Əli Polad