Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb

Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb

İqtisadiyyat
20 İyul 2019, 15:45 18448
Bu ilin 6 ayında ölkədən 56 min 516 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilib.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə ixrac edilən qara metal və onlardan hazırlanan məmulatların dəyəri isə 30 milyon 184 min ABŞ dolları olub.
 
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 37 milyon 799 min dollarlıq 51 min 422 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.