• cümə, 29 Mart, 10:27
  • Baku Bakı 5°C

Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapılıb

23.04.19 12:57 300
Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapılıb
Mart ayının əvvəllərində Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində Müdafiə Nazirliyinin itkin düşən ikinci hərbi qulluqçusunun da meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
Aparılan axtarışlar nəticəsində aprelin 14-də onlardan birinin - H.Abdullayevin meyiti tapılıb.
banner

Oxşar Xəbərlər