• cümə, 29 Mart, 02:13
  • Baku Bakı 7°C

Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək çox vacibdir

16.09.21 16:06 283
Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək çox vacibdir
Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənənlərin sayında müşahidə edilən artım sevindiricidir.
AZƏRTACxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda koronavirus əleyhinə peyvəndləməyə ilk başlayan ölkələrdəndir: "Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, infeksiya ilə mübarizədə əhəmiyyətli nəticə əldə edə bilərik. İndiyə qədər Azərbaycanda əhalinin təxminən 30 faizi iki doza peyvənd qəbul edib. Nəzərə almaq lazımdır ki COVID-19-la mübarizədə təkcə peyvəndləmə kifayət deyil. Bütün dünya başa düşür ki, yalnız peyvəndlə xəstəlikdən xilas olmaq mümkün deyil. Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək çox vacibdir”.
banner

Oxşar Xəbərlər