• bazar ertəsi, 15 iyun, 05:25
  • Baku Bakı 25°C

Qanunsuz əməllərinin bədəlini ödəyən Gültəkin Hacıbəyli

28.02.19 14:52 3256
Qanunsuz əməllərinin bədəlini ödəyən Gültəkin Hacıbəyli
AXCP sədri Əli Kərimlinin iradəsi altında fəaliyyət göstərən Milli Şura və oraya toplaşaraq özlərini "demokratik qüvvələr” adlandıranların bir çoxu danışanda ağızlarına "çullu dovşan” sığmır. Yeri gəldi-gəlmədi, hakimiyyəti, iqtidar komandasını tənqid edən, onların ünvanına əsassız ittihamlar səsləndirən bu şəxslərin qaragüruhçu olduqları hər kəsə məlumdur. Belələrinə nümunə kimi sabiq deputat, hazırda Milli Şurada özünə yuva quran Gültəkin Hacıbəylini qeyd edə bilərik. Bu şəxsi ikiüzlülüyün, riyakarlığın rəmzi də adlandıra bilərik. Ona görə ki, G.Hacıbəyli sinəsində Azərbaycan bayraqlı deputat nişanı, cibində mandat daşıyanda, müəyyən səlahiyyət sahibi olanda, lüks avtomobillərdə gəzərək şəhərin mərkəzindəki bahalı evlərdə yaşayanda müxalifətçi olmaq heç ağlının ucundan da keçmirdi. Heç yatanda da yuxusunda müxalifətçilik etmirdi. Onun üçün Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy amalı, bu gün yanlarına sığındığı Əli Kərimli, Cəmil Həsənli adları yad idi. Lakin elə ki, deputat mandatı əlindən çıxdı, çönüb oldu müxalifətçi, dünənə kimi tərifini göylərə qaldırdığı hakimiyyətin ən sərt tənqidçisi, daha doğrusu qərəzli düşməni.
Buna qədər isə o, bir qədər əvvəl xatırlatdığımız kimi, dövlətin imtiyazından, deputat kimi ona yaradılan imkanlardan gen-bol istifadə edir, "Mən salim olum, cümlə cahan batsa da batsın” prinsipi ilə həyatını yaşayırdı. Amma sadəcə öz həyatını yaşasaydı nə vardı ki? G.Hacıbəyli imkanlardan istifadə edib başqalarının, ən doğma insanlarının, o cümlədən öz ailə üzvlərinin həyatını qaraltmaqla da məşğul idi. Yəni "burada mənəm, Bağdadda kor xəlifə” deyib uşağının atasının, ağbirçək qayınanasının başına olmazın oyun açırdı. Hansı ki, bütün bunları onun sabiq həyat yoldaşı Mahmud Mehdiyev vaxtilə mətbuat konfransı keçirərkən mediaya açıqlamışdı. Qeyd etmişdi ki, G.Hacıbəyli millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı böyük haqsızlıqlar edib.
M.Mehdiyev demişdi ki, uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, vətəninə, dövlətinə üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Onun sözlərinə görə, mələk maskası geymiş G.Hacıbəyli deputat olarkən qanunsuz hərəkətlərlə məşğul olub, qanunsuz sərvətlər toplayıb, onun kimi yüzlərlə vətəndaşın hüquqlarını ən müxtəlif vasitələrlə pozub. G.Hacıbəylinin keçmiş həyat yoldaşı M.Mehdiyevin fikirlərini olduğu kimi təqdim edirik: "Gültəkin Hacıyeva ilə toyumuza iki həftə qalmış, 2003-cü ilin mayında Azərbaycan Prezidentinin göstərişi ilə order əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona şəhərin mərkəzində - Bakı Dövlət Sirkinin yaxınlığında, Səməd Vurğun küçəsi 92A ünvanında yerləşən 12 saylı evdə 3 otaqlı mənzil verilib. Həmin mənzilin təmirinə və mebelə valideynlərimin köməyi ilə mənim tərəfimdən 50.000 dollar xərc çəkilib. Gültəkin Hacıyeva o zaman bildirmişdi ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxarırıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı 2 otaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə - 2004-cü ilin avqust ayında, faktiki boşandıqdan sonra o, nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bizi təhdid etdi, bildirdi ki, başımıza oyun açacaq”.
Bundan başqa, onu da xatırlatmaq yerinə düşər ki, G.Hacıbəyli öz səlahiyyətlərindən, imkanlarından yararlanıb doğma övladını da atasının üzünü həsrət qoydurub. Boşandıqdan dərhal sonra keçmiş həyat yoldaşı M.Mehdiyevi atalıq hüququndan da məhrum etdirib, imkan verməyib ki, ata öz oğulu ilə görüşsün. 9 yaşlı oğlunun öz doğma atası ilə görüşməsinə 9 il qadağa qoydurub. Ona görə də, M.Mehdiyev bu hüququndan istifadə etmək, övladını görə bilmək üçün məhkəmələrə müraciət edib. Nəticədə Nəsimi Rayon Məhkəməsi 2013-cü ildə bu ədalətsizliyi aradan qaldırıb və M.Mehdiyevin atalıq hüququnu bərpa edib. O zaman cəbhəsini dəyişərək müxalifətçi olan G.Hacıbəyli məhkəmənin bu qərarını da siyasiləşdirməyə çalışıb, guya 9 yaşlı oğlunun ondan alınaraq atasına verilməsi, ananın övladının üzünə həsrət qalması barədə yalan məlumatlar yayıb, ictimaiyyəti aldadaraq şəxsi həyatı üzərində iyrənc şou düzəldib. Elə bununla bağlı da G.Hacıbəylinin keçmiş əri M.Mehdiyevin mətbuata açıqlamasını olduğu kimi təqdim edirik: "Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb. Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat 21:00-a qədər görüşə bilməyim təmin olunsun. Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu? Atanın öz doğma övladı ilə gündə heç olmasa bircə dəfə görüşmək haqqı nə vaxtdan yasaq edilib? Gültəkin Hacıyeva bu məsələni niyə siyasiləşdirir? Gültəkin Hacıyevanın "uşaq atasının kim olduğunu bilmir” sözlərinə gəlincə isə ona ayıb olsun. Uşaq mənim haqqımda gec-tez, hər şeyi biləcək. Gültəkin Hacıyeva öz deputat statusundan və əlindəki hakimiyyətdən istifadə edib uşağımı məndən gizlətmək hüququna malik idimi? İndi mən öz oğlumla tanış olmaq, onu gündə heç olmasa bir dəfə görmək hüququnu əldə etmişəm”.
Bütün bu baş verənlər keçmiş deputat, Milli Şura üzvü G.Hacıbəylinin əsl mahiyyətini olduğu kimi üzə çıxarır. Onun necə saxtakar, ikiüzlü olduğunu, yalan danışdığını nümayiş etdirir. Şəxsi həyatını gündəmə gətirərək siyasi şouya çevirən, həyat yoldaşının, qayınanasının başına olmazın oyunlar açan, doğma övladını atasının üzünə həsrət qoyduran G.Hacıbəyli indi özünü mələk gözündə görür. Elə bilir ki, yağış yağıb keçmişi yuyub aparıb. Amma "haqq nazilər, üzülməz” deyib atalar. Ona görə də, G.Hacıbəyli deputat mandatı daşıdığı illərdə törətdiyi qanunsuz əməllərin, yol verdiyi günahların bədəlini zaman-zaman ödəyir. Həyat yoldaşı və oğlu ilə bağlı məlum məhkəmə qərarlarının ardınca, o, vaxtilə müflisləşdirdiyi qayınanası Nəhayət Məmmədovanın da haqlı davasından qaça bilmir. Belə ki, bir qədər əvvəl xatırlatdığımız S.Vurğun küçəsi ev 92A ünvanında yerləşən 12 saylı mənzillə bağlı məsələyə də aydınlıq gətirilib. Söhbət G.Hacıbəylinin hələ ərdə olan zaman qayınanasından, evini təmir etdirmək, mebel almaq üçün 50 min dollar borc almasından və qaytarmamasından gedir. Buna görə, qayınana N.Məmmədova məhkəməyə müraciət edib. Məhkəmə sabiq deputat məxsus iki bahalı avtomobilə - 10-VU-003 və 10-KV-003 dövlət nömrə nişanlı "Lexus LX 570”, "Toyota Avalon” avtomobillərinə N.Məmmədovanın vəsatəti əsasında həbs qoyub. Beləliklə də, mövqeyini və cəbhəsini tez-tez dəyişən G.Hacıbəyli daha bir qanunsuz əməlinin bədəlini ödəyib.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər