• çərşənbə, 24 Aprel, 17:11
  • Baku Bakı 27°C

Qananın qolu sayılmadı, FİFA-ya müraciət etdi

08.10.17 14:35 2211
Qananın qolu sayılmadı, FİFA-ya müraciət etdi
Qana Futbol Assosiasiyası FİFA-ya müraciət edib.
Kaspi.az xəbər verir ki, Qana Uqanda ilə keçirilən qarşılaşmanın yenidən oynanılmasını tələb edir. Uqandada keçirilən və 0:0 hesabı ilə başa çatan bu qarşılaşmanın son dəqiqəsində Qana qol vurub.
Ancaq hakimlər oyundankənar vəziyyət qeydə alaraq, qolu hesaba almayıblar. Lakin videotəkrarda oyundankənar vəziyyətin olmadığı aydın görünür. Bu heç-heçədən sonra Qana demək olar ki, DÇ-yə vəsiqə qazanmaq şansını itirib.
Qana FİFA-ya müraciət edərək, hakimlərin işinin araşdırılmasını və oyunun yenidən keçirilməsini xahiş edib.
banner

Oxşar Xəbərlər