• cümə, 26 Aprel, 16:27
  • Baku Bakı 23°C

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.20 14:15 554
Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?
Almaniya Konstitusiyasının müdafiəsi üzrə Federal idarənin son hesabatı alman cəmiyyətində əsl şok yaşadıb.
AZƏRTACxəbər verir ki, təmsilçilərinin əksəriyyətinin Berlinin hakim "Die Grünen” ("Yaşıllar”) və "Die Linke” ("Solçular”) koalisiyasının tərkibinə daxil olan ətraf mühitin mühafizəsi üzrə "Ende Gelände” təşkilatı bu hesabatda solçu radikal ekstremist hərəkatlara bərabər tutulub.
Məlum olduğu kimi, bu təşkilat ölkədə kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinin davam etdirilməsinə qarşı çıxış edir. Onlar müntəzəm olaraq kömür müəssisələrinin işini təcrid edirlər.
Federal büro öz hesabatında bu təşkilatı solçu ekstremist kimi təsnif edib və AFR Konstitusiyası ilə ziddiyyət təşkil etməsi səbəbindən onun ölkədə fəaliyyətinə qadağa qoyulmasını tövsiyə edib. Maraqlıdır ki, paytaxt federal əyalətin hakimiyyət orqanlarının başında məhz "Die Grünen” və "Die Linke” partiyasından olan siyasətçilər durur. Belə çıxır ki, paytaxtı solçu ekstremistlər idarə edir?
Bu yaxınlarda "Ende Gelände” təşkilatının fəalları Dortmundda kütləvi etiraz aksiyaları keçiriblər. Koronavirus pandemiyasına baxmayaraq, təşkilatın saytında müntəzəm olaraq planlaşdırılmış mitinqlərin tarixləri barədə məlumat dərc edilir.
Büronun nəticələrinin nəşrindən dərhal sonra bu iki partiyadan olan siyasətçilər müdafiə mövqeyi tutublar. Onlar bəyan ediblər ki, kömürlə işləyən müəssisələrin blokadası – bu, radikal etiraz aksiyalarıdır, lakin Konstitusiya üçün heç bir təhlükəsi yoxdur.
Təşkilatın mətbuat xidməti də Büronun nəticələrinin səmimiliyinə şübhə ilə yanaşıb.
Lakin KİV-lər solçu-"yaşıllar”ın bəyanatını "populizm” hesab edərək, sənədin müəllifinin tərəfində dururlar. "Bununla da bəlli olur ki, Berlinin hakim partiyaları Konstitusiya quruculuğuna təhlükə yaradan ekstremistləri açıq şəkildə dəstəkləyir”, - deyə "Berliner Zeitung” gündəlik qəzeti özünün baş məqaləsində yazıb.
banner

Oxşar Xəbərlər