• cümə axşamı, 28 mart, 21:27
  • Baku Bakı 13°C

“Qalatasaray”ın prezidenti və klubun İdarə Heyəti istefa verib

25.05.13 10:02 1733
“Qalatasaray”ın prezidenti və klubun İdarə Heyəti istefa verib
“Qalatasaray”ın prezidenti Ünal Aysal və klubun İdarə Heyəti istefa verib. Apasport.az saytının məlumatına görə, buna iyunun 22-də keçiriləcək olan seçkilər səbəb olub.
U. Aysal yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Qeyd edək ki, Ü. Aysal 14 may 2011-ci il tarixində keçirilən seçkilərində 2998 səs toplayaraq “Qalatasaray”ın prezidenti seçilib. Onun rəhbərliyi altında “Cim-Bom” həmin mövsümdə (2011-2012) Superliqanın qalibi olub. “Aslanlar” “Fənərbaxça” ilə baş tutan Super Kubok oyununda da qələbə qazanıb. Bu mövsüm isə “Qalatasaray” ardıcıl ikinci dəfə ölkə çempionluğuna yiyələnib.
Ü. Aysal İstanbul klubuna bir neçə məşhur futbolçu da transfer edib.
banner

Oxşar Xəbərlər