• cümə, 29 Mart, 15:43
  • Baku Bakı 14°C

"Qalatasaray" futbolçularının və heyətinin koronavirusla bağlı testləri neqativ çıxıb

07.06.20 10:00 735
"Qalatasaray" futbolçularının və heyətinin koronavirusla bağlı testləri neqativ çıxıb
Türkiyənin "Qalatasaray" futbol klubunun oyunçularının, məşqçilər heyətinin və işçilərinin koronavirus üçün verdiyi testlər neqativ çıxıb.
Trend-in məlumatına görə, bu barədə İstanbul klubunun mətbuat xidməti bildirib.
Qeyd edək ki, 23 apreldə Qalatasarayın baş məşqçisi Fatih Terim koronavirusa yoluxduğunu açıqlamışdı. 15 apreldə 66 yaşlı mütəxəssis xəstəlikdən sağaldığını elan etdi.
Oyunçular arasında koronavirus yoluxma halları barədə məlumat verilməyib.
banner

Oxşar Xəbərlər