• çərşənbə, 24 Aprel, 17:59
  • Baku Bakı 27°C

“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

18.11.19 15:44 1974
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
"İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzi, "Animal Care Club”un təşkilatçılığı və "Azərsun Holdinq”in dəstəyi ilə "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində ağacəkmə aksiyası təşkil edilib. Həyata keçirilən sosial layihə çərçivəsində qoruq ərazisində Hirkan ağcaqayını, Alder ağacları, əncir və üzüm tingləri əkilib.
Layihənin ilk mərhələsində "Animal Care Club” təşkilatının üzvləri tullantı kağızları toplayaraq təkrar emal müəssisəsinə təhvil veriblər. İkinci mərhələdə əldə olunan vəsait hesabına ağaclar alınıb və "Azərsun Holdinq”lə "İçərişəhər” DTMQİ Muzey Mərkəzinin təşkilati dəstəyi ilə ağacəkmə aksiyası həyata keçirilib.
Hər zaman bu cür layihələrin həyata keçirilməsinə yaxından dəstək olan "Azərsun Holdinq”dən şirkətin gələcəkdə də ənənəsinə sadiq qalacağı və ətraf mühitin mühafizəsinə öz töhfəsini verəcəyi bildirilib.


banner

Oxşar Xəbərlər