• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

“Qafqazlıların uzun yaşama sirri kababdır”

03.08.20 19:30 976
“Qafqazlıların uzun yaşama sirri kababdır”
Rusiyalı həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlüyünün sirrini düzgün hazırlanmış kababda görüb.
"Report” xəbər verir ki, o, bu barədə "Sputnik”ə müsahibəsində deyib.
"O diyarlarda hava daha təmizdir, su fərqlidir və meyvə-tərəvəz də var, ancaqson araşdırmalara əsasən, uzunömürlülüyə töhfə verən əsas amil yağın tərkibidir. Ət yalnızca zülal deyil, ət həm də yağdır. Alimlər müəyyənləşdiriblər ki, həm balıq, həm də ətdə olan doymamış yağlar vacibdirlər”, - dietoloq bildirib.
Onun sözlərinə görə, kömürlü manqalda hazırlanmış xörək düzgün doymamış yağ tərkibinə malikdir. A.Bobrovski vurğulayıb ki, düzgün seçilmiş ət sadəcə yeməyin dadına yox, həm də orqanizmə müsbət təsir göstərir:
"Müasir dietologiyanın nöqteyi-nəzərinə görə, balıq və quzudan hazırlanmış kabab ən faydalısıdır”.
Həkim həmçinin kababı böyük miqdarda tərəvəzlə yeməyi tövsiyə edib.
banner

Oxşar Xəbərlər