• şənbə, 20 Aprel, 12:20
  • Baku Bakı 23°C

Qafqazda və daha geniş regionda sülh amili

11.12.18 15:00 401
Qafqazda və daha geniş regionda sülh amili
Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda yox, həm də daha geniş regionda sülh amilidir.
Trend-in məlumatına görə, bunu rusiyalı teleaparıcı Dmitri Kiselyov deyib.
O bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı səmərəli və konstruktiv strateji münasibətlərin qurulmasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vacib töhfə verib:
"Mənə elə gəlir ki, o, sağlam əsas qoyub. Heydər Əliyevin ideyası Rusiya-Azərbaycan-İran üçbucağının yaradılması və bu üçbucağın balanslaşdırılmış olması idi”.
D.Kiselyov əlavə edib ki, Prezident İlham Əliyev bu baxımdan atasının siyasi xəttini davam etdirir: "Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada inamlı hiss edir, ölkə daxilində isə sabit və balanslı cəmiyyət yaşayır”.
banner

Oxşar Xəbərlər