• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Qadınların üsyankar müraciəti: Biz, üzünü rəngləyənlərik

16.05.19 12:22 655
Qadınların üsyankar müraciəti: Biz, üzünü rəngləyənlərik
Almaniyanın qadınlardan ibarət futbol yığması video-rolik yayıb.
Kaspi.az xəvər verir ki, rolik qarşıda n gələn dünya çempionatı ilə bağlı hazırlanıb. Qadın futbolçular ölkədə az tanınmalarından şikayətlənib, kişi yığmasının ünvanına da ironiyalı ifadə işlədiblər:
"Biz o ölkənin şərəfini qoruyuruq ki, orda hətta adımızı da bilmirlər. Biz 3 dəfə Avropa çempionu olmuşuq (Almaniya nın kişilərdən ibarət yığmasının 3 dəfə Avropa çempionu olmasına işarədir), düzdür?
Səhvdir. 8 dəfə cəhd edin. İlk titulu qazananda mükafatımız çay fincanları olmuşdu. Lap əvvəldən rəqiblərə qarşı yox, həm də düşüncəyə qarşı mübarizə aparmışıq: "Qadınlar ancaq uşaq doğmalıdırlar”, "Onların yeri camaşırxanadır”.
Biz, üzünü rəngləyənlərik. Biz, hündürdaban ayaqqabıda gəzməyi sevərik. Biz, rəqs etməyi sevərik. Biz o insanlardanıq ki, onlar nə istədiklərini bilirlər. Nə vaxt ki, söhbət davranış qaydalarına gəlirsə, onda güzgüyə baxmaq kifayətdir.
Narahat olma, sənə, bizim kim olduğumuzu bilmək vacib deyil. Sən sadəcə, bizim nə istədiyimizi bilməlisən. Biz öz oyunumuzu oynamaq istəyirik”.
Qadınlar arasında dünya çempionatı iyunun 7 iyun-7 iyul aralığında Fransada keçiriləcək. Almaniya 8 qat Avropa, 2 qat dünya çempionudur.
banner

Oxşar Xəbərlər