• cümə, 29 Mart, 01:42
  • Baku Bakı 7°C

Qadın sahibkarların biznes imkanlarının artırılması üzrə davamlı layihələr reallaşdırılır

21.11.19 11:37 629
Qadın sahibkarların biznes imkanlarının artırılması üzrə davamlı layihələr reallaşdırılır
Azərbaycanda qadın sahibkarların biznes imkanlarının artırılması istiqamətində davamlı layihələr həyata keçirilir.
Bu sözləriAZƏRTAC-a Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) idarə heyətinin sədri Səkinə Babayeva deyib.
Azərbaycan hökuməti tərəfindən qadın sahibkarlara dəstək verildiyini vurğulayan S.Babayeva qeyd edib ki, fəaliyyətinin ilkin mərhələsində əsasən struktur təşkilatlanma strategiyasına diqqət yetirən assosiasiya əməliyyat müstəvisində geniş spektrli işlər yerinə yetirib və bir çox tədbirlərin təşkilində fəal iştirak edib. Belə ki, bu müddət ərzində assosiasiya fəaliyyətinin ilk ilində 208 tədbir, cari ildə isə 273 tədbir keçirilib. Bu il Bakıda ilk dəfə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə başlayan sərgi davamlı olaraq dövlət və özəl qurumlarla birgə əməkdaşlıq çərçivəsində davam etdirilir.
O xatırladıb ki, noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) AQSİA ilə birgə "Qlobal Sahibkarlıq Həftəsi”nin qeyd olunmasına həsr edilmiş "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda ikinci forum çərçivəsində qadınların əl işlərindən ibarət "Əl əməyi göz nuru” sərgisi keçirib.
banner

Oxşar Xəbərlər