• çərşənbə, 24 Aprel, 08:52
  • Baku Bakı 13°C

Qadağan olunmuş yerdən yolu keçmək istədi, amma...

02.06.14 08:14 1005
Qadağan olunmuş yerdən yolu keçmək istədi, amma...
APA TV-nin məlumatına görə, hadisə Bayraq Meydanının yaxınlığında qeydə alınıb.
Piyada keçidindən istifadə etməyən 20-25 yaşlarında oğlanı 90-HX-097 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobil vurub.
Piyada hadisə yerindəcə keçinib. Olay yerinə Səbail Rayon Polis İdarəsinin və Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, “İnfiniti”nin sürücüsü yola təyin olunmuş 60 km/saatlıq sürəti həddini aşıb. Piyada isə yaxınlıqdakı yeraltı keçiddən istifadə etməyib, yolu yüyürərək keçmək istəyib.
Ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün ifadəsi alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
Hələlik şəxsiyyəti müəyyən edilməyən piyadanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə aparılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər