AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qaçqınkom yanında İctimai Şuraya yeni sədr seçilib

Qaçqınkom yanında İctimai Şuraya yeni sədr seçilib

Təfsilat
04 May 2021, 17:00 664
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya yeni sədr seçilib.
Kaspi.az-ın məlumatına görə, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
İclasda Anar Xəlilov İctimai Şuranın sədri, Xatirə Vəliyeva sədr müavini və Samirə Hüseynova isə katibi seçilib.
İclasdan əvvəl şura üzvləri komitə sədri Rövşən Rzayevlə görüşüblər. Komitə sədri şura üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İctimai Şuranın yeni seçilmiş üzvləri mövcud qanunvericiliyə və ölkə rəhbərinin tələbinə uyğun fəaliyyət göstərəcəklərini, qaçqın və məcburi köçkünlərlə səmərəli iş aparmaqla yanaşı, onların maariflənməsində və qanuni mənafelərinin qorunmasında yaxından iştirak edəcəklərini bildiriblər.