• cümə, 29 Mart, 11:30
  • Baku Bakı 5°C

Qaçılmazdır, Messiyə yeni müqavilə təklif olunacaq

14.02.19 14:15 522
Qaçılmazdır, Messiyə yeni müqavilə təklif olunacaq
"Barselona” Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Kaspi.az xəbər verir ki, bu barədə "Barsa”nın prezidenti Xosep Mariya Bartomeu məlumat verib. O, baş məşqçi Ernetso Valverdeyə də etimad göstərdiyini bildirib:
"İnanıram ki, Valverde "Barsa”da işini davam etdirəcək. O da öz futbolçularına güvənir. Bu onun klubda ikinci mövsümüdür. Biz onun qarşısında bütün titulları qazanmaq vəzifəsi qoymuşuq. Mən Ernestoya inanıram, hətta o, heç bir titul qazanmasa da, komandada qalacaq.
Messi? Əlbəttə, biz ona yeni müqavilə təklif edəcəyik, bu, açılmazdır. Messi ilə hər şeyi müzakirə edəcəyik. Ümid edirəm ki, o, bizimlə qalmağa razılıq verəcək”.
Messinin qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər