• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

Putin və Makron Qarabağda vəziyyətin sabitləşməsindən danışıb

21.12.21 20:30 433
Putin və Makron Qarabağda vəziyyətin sabitləşməsindən danışıb
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
TrendKremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Fransa liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Eyni zamanda, Qarabağda vəziyətin nizamlanmasına dair fikir mübadiləsi aparılıb, vəziyyətin sabitləşməsi və regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.
Vurğulanıb ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə də sinxron fəaliyyət göstərmək niyyətindədirlər.
banner

Oxşar Xəbərlər