Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Trend-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin gedişatını müzakirə ediblər.