• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir

18.01.20 13:40 690
Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir
Nazirlər Kabineti "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nı təsdiq edib.
Trend-in məlumatına görə, bu qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir. Müqavilənin Nümunəvi Forması”na görə, vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1- dən dekabrın 31-dək olan müddəti əhatə edir.
Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.
Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu
xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.
Publik hüquqi şəxsin vəzifəli şəxsləri bu Müqavilənin icrası ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.
banner

Oxşar Xəbərlər