AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib - VİDEO

PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib - VİDEO

Təfsilat
02 Dekabr 2021, 15:09 98
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Kaspi.az xəbər verir ki, döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.