• cümə axşamı, 18 aprel, 20:59
  • Baku Bakı 21°C

Psaki: Strateji sabitlik üzrə Rusiya-ABŞ dialoqu yaxın həftələrdə başlayacaq

22.06.21 10:15 205
Psaki: Strateji sabitlik üzrə Rusiya-ABŞ dialoqu yaxın həftələrdə başlayacaq
"ABŞ və Rusiya arasında Cenevrə sammitində qəbul edilən qərarların bir hissəsi olaraq, yaxın həftələrdə strateji sabitlik mövzusunda dialoqa başlayacaq”.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki brifinqdə bildirib.

Psaki deyib ki, ABŞ Prezidenti Co Bayden Cenevrədə nəyə nail olmaq istədiyini açıqladı: "Bu, ABŞ və Rusiyanın qarşılıqlı maraqları əsasında birgə çalışa biləcəkləri sahələrin istiqamətləridir”.
O, əlavə edib ki, dialoqların bəziləri ABŞ Dövlət katibi səviyyəsində müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər