• şənbə, 20 Aprel, 08:24
  • Baku Bakı 14°C

Proqnoz: Koronavirus pandemiyası bir ildən sonra başa çatacaq

24.09.21 13:00 261
Proqnoz: Koronavirus pandemiyası bir ildən sonra başa çatacaq
Vaksinin artan istehsalını nəzərə alsaq, koronavirus pandemiyasının gələn ilin payızına qədər tam başa çatacağını deyə bilərik.
AZƏRTACxəbər verir ki, bu proqnozu ABŞ-ın "Moderna” əczaçılıq kompaniyasının baş direktoru Stefan Bansel İsveçrənin "Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində səsləndirib.
"Son altı ay ərzində sənaye miqyasında istehsal gücünün genişlənməsini nəzərə alsaq, gələn ilin ortalarına qədər yer üzündə hər kəsin peyvənd olunması üçün kifayət qədər vaksin dozasına malik olacağıq”, - deyə Stefan Bansel bildirib.
Onun sözlərinə görə, peyvənddən imtina edən hər kəs koronavirusa yoluxacaq, çünki dünyada dominantlıq edən "delta" mutasiyası olduqca yoluxucudur. 2022-ci ilin ikinci yarısında normal həyata qayıtmağın mümkün olub-olmayacağı barədə suala cavabında "Moderna” kompaniyasının baş direktoru deyib ki, bu, bir ildən sonra baş verə bilər.
banner

Oxşar Xəbərlər