• cümə, 29 Mart, 17:55
  • Baku Bakı 14°C

Prokurorluq vətəndaşları maraqlandıran məsələlərlə bağlı videoçarx hazırlayıb - VİDEO

09.03.21 12:00 337
Prokurorluq vətəndaşları maraqlandıran məsələlərlə bağlı videoçarx hazırlayıb - VİDEO
Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib.
Baş Prokurorluğun mətbuat xidmətindənAPA-ya verilən məlumatına görə, həyata keçirilən kompleks islahatlar prokurorluq orqanlarında da davam etdirilməklə modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılmaqdadır.
Aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən müxtəlif maarifləndirici videoçarxlar hazırlanaraq ictimailəşdirilir.

Təqdim olunan videoda vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları ilə bağlı izah verilib.

banner

Oxşar Xəbərlər