• cümə axşamı, 25 aprel, 16:58
  • Baku Bakı 23°C

Prokurorluq orqanları seçki prosesinə xüsusi həssaslıqla yanaşır

11.10.19 13:36 471
Prokurorluq orqanları seçki prosesinə xüsusi həssaslıqla yanaşır
Bələdiyyə seçkiləri respublikamız üçün çox əhəmiyyətli hadisədir. Hər birimiz bu prosesdə iştirak etməliyik. Şəffaf seçkilər ölkəmizdə demokratiyanın göstəricisidir.
AZƏRTACxəbər verir ki, bu sözləri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Rüstəm Usubov qeyd edib ki, son dövrlərdə bələdiyyələrin statusunda ciddi dəyişikliklər edilib və onlara əlavə statuslar verilib. Bu isə bələdiyyələrin işinə müsbət təsir göstərir. Prokurorluq orqanları seçki prosesinə xüsusi həssaslıqla yanaşır. Azərbaycan prokurorluğu bu məsələdə Mərkəzi Seçki Komissiyası ilə sıx əlaqədə çalışır. Daxil olan şikayətlərə ciddi şəkildə baxılır, məsələ ətraflı araşdırılır.
banner

Oxşar Xəbərlər