• cümə, 19 Aprel, 13:18
  • Baku Bakı 25°C

Prokurorluq məhkəmədə vəkilə təzyiq olunmasını araşdırmağa başladı

17.08.21 16:00 367
Prokurorluq məhkəmədə vəkilə təzyiq olunmasını araşdırmağa başladı
Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.
Şirvan şəhər prokurorluğundanKaspi.az-a bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.
Həmçinin, bildiririk ki, 13 avqust 2021-ci il tarixdə saat 15:00-15:30 radələrində Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında cinayət işinə apellyasiya qaydasında baxılan zaman bilavasitə məhkəmə iclası zalında və binanın inzibati zonasında asayişin kobud formada pozulması barədə Şirvan şəhər prokurorluğuna Şirvan Apellyasiya Məhkəməsindən material daxil olmuşdur.
banner

Oxşar Xəbərlər