• şənbə, 20 Aprel, 18:03
  • Baku Bakı 24°C

Prokurorluq "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatını açıqlayıb

20.05.22 13:00 471
Prokurorluq "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatını açıqlayıb

Şamaxı Rayon Prokurorluğu "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatını açıqlayıb.

Prokurorluqdan "Report"a daxil olan açıqlamada deyilir: "Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır".

banner

Oxşar Xəbərlər