Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”
Əli Həsənov: "Dövlət başçısı
savadlı və iradəli olanda, həmişə istənilən situasiyadan, bax, beləcə qələbə ilə
ayrılır”
"Heç şübhəsiz ki,
Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Münxen
Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham
Əliyev tarixi faktlara əsaslanaraq Ermənistan baş nazirinin və dünya
ictimaiyyətinin bir daha diqqətinə çatdırdı”.
Bu barədə professor Əli
Həsənov "Facebook” profilində yazıb.
Qarabağın dağlıq hissəsinə
erməni əhalisinin köçürülməsinin XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi
Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verməsinin
Prezident İlham Əliyev tərəfindən dilə gətirildiyini xatırladan professor qeyd
edib ki, dövlət başçısı savadlı və iradəli olanda, həmişə istənilən situasiyadan, bax, beləcə qələbə ilə ayrılır: "Prezident İlham Əliyev millətimizin qürur yeridir,
allah üstümüzdən əksik eləməsin”.
Alpər TURAN