• şənbə, 20 Aprel, 16:30
  • Baku Bakı 23°C

Problemli kreditlərə dair kompensasiya ödənişlərinin 90 faizdən çoxu icra olunub

27.05.19 14:30 493
Problemli kreditlərə dair kompensasiya ödənişlərinin 90 faizdən çoxu icra olunub
Problemli kreditlərlə bağlı kompensasiya ödənişlərinin 90 faizdən çoxu icra edilib. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrası yekun mərhələdədir.
AZƏRTACxəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.
O qeyd edib ki, 19 min fiziki şəxs 500 manatdan aşağı kompensasiya məbləğinə sahib olan şəxslərdir. 6 min kart sahibi isə "Azərpoçt"dan öz kartlarını götürməyib: "Ola bilsin ki, həmin vətəndaşlar ya ölkədə yoxdurlar, ya da bu və ya digər səbəbdən vəsaiti götürməyə tələsmirlər. Çünki xeyli sayda vətəndaşımız var ki, onların kompensasiya məbləğləri 20-50 manatdan aşağıdır”.
banner

Oxşar Xəbərlər