• çərşənbə, 17 Aprel, 00:49
  • Baku Bakı 14°C

Prezidentinin bu humanist addımı bütün dünyaya örnəkdir

16.03.19 20:55 568
Prezidentinin bu humanist addımı bütün dünyaya örnəkdir
Azərbaycan Prezidentinin məhkum edilmiş şəxslərin əfv olunmasına dair imzaladığı Sərəncam dünyaya örnək təşkil edən addımdır. Bu, Prezident İlham Əliyevin yüksək humanizminin bariz göstəricisidir.
Bunu Parlament Jurnalistlər Birliyinin sədri Elşad EyvazlıAZƏRTAC-a açıqlamasında deyib.
Əfv Sərəncamının yüzlərlə ailəyə əsl bayram sevinci yaşatdığını vurğulayan E.Eyvazlı qeyd edib ki, bayram ərəfəsində məhkum edilmiş şəxslərin əfv olunması, onların ailələrinə qovuşması yüksək humanizmin, ölkə vətəndaşlarına ali diqqətin bariz nümunəsidir. Bu Sərəncam dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya göstərdi. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 431 məhkumun əfv edilməsi bütün dünyaya örnək təşkil edir. Ölkə ictimaiyyəti kimi, biz də bu addımı ürəkdən alqışlayırıq. Azərbaycan Prezidentinin bu addımı ölkə vətəndaşlarına yüksək diqqət və qayğını bir daha nümayiş etdirdi.
banner

Oxşar Xəbərlər