• cümə axşamı, 28 mart, 15:04
  • Baku Bakı 16°C

Prezidentin Sərəncamı aqrar bölmədə çalışanlar qarşısında geniş imkanlar açır

17.09.17 14:45 1134
Prezidentin Sərəncamı aqrar bölmədə çalışanlar qarşısında geniş imkanlar açır
Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti ilə yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycan özünün uğurlu iqtisadi modelini seçib. Bu gün ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov deyib.
Ölkəmizdə kənd təsərrüfatında çalışan məhsul istehsalçılarına güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizing xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayan H.Məlikov dövlətimizin başçısı tərəfindən verilmiş fərman və sərəncamların, qəbul edilmiş qanunların aqrar bölmədə iqtisadi fəallığın kəskin yüksəlməsinə səbəb olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il Yevlax, Sabirabad, Saatlı, Qax və Lənkəran rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı keçirilmiş respublika müşavirələrində ölkə başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələrin əhəmiyyətini yüksək dəyərləndirən H.Məlikov dövlətimizin başçısının sentyabrın 12-də imzaladığı "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi sahəsində aqrar bölmədə çalışanlar qarşısında geniş imkanlar açdığını bildirib.
H.Məlikov daha sonra deyib: "Lerik aqrar rayondur. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Sovet hakimiyyəti dövründə rayonda 3500 hektar üzüm, 470 hektardan çox meyvə bağı, 140 hektar çay plantasiyası, 220 hektardan artıq tütün, 300 hektardan çox tərəvəz və digər bitkilər əkilib, ətlik-südlük istiqamətli heyvandarlıq, ixtisaslaşmış qoyunçuluq təsərrüfatları mövcud olub.
Sonralar üzüm bağları, çay plantasiyaları məhv edilərək sıradan çıxıb, mal-qara, heyvandarlıq kompleksləri əmlak payı kimi vətəndaşlara verilib.
Çay plantasiyaları rayonun Davradibi, Hücü, Piran, Hamarmeşə, Bibiyanı kəndlərinin ərazisində salınıb. Hazırda həmin çay sahələrindən Davradibi və Hücü kəndlərinin ərazisində müəyyən qədər qalıb. Lerikdə çayçılığın yenidən bərpası üçün rayonun Vizəzəmin və Tikəband ərazilərində 100 hektardan çox məhsuldar torpaq sahələri vardır.”
Rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən H.Məlikov bildirib ki, ötən il rayonda 10, bu il isə 25 hektar sahədə tütün, ilk dəfə olaraq 50 mindən artıq fındıq bitkisi əkilib. Bu il 15 tondan artıq yaşıl tütün yığılaraq təhvil verilib, hazırda məhsulun yığılıb qurudulması işləri davam edir.
Bildirilib ki, bu gəlirli bitkinin əkilməsi üçün rayonda geniş imkanlar vardır. Bunun üçün suvarma sisteminin qurulması, tütünün qurudulması və qəbulu məntəqəsinin olması vacibdir. Ənənəvi sahələrin inkişaf etdirilməsi üçün ilkin olaraq maliyyə mənbələri olmalı, fərdi təsərrüfatlarda olan torpaqlar birləşdirilməlidir.
Kənd təsərrüfatı işlərinin həyata keçirilməsinin kollektiv əmək tələb etdiyini, torpaqların kooperativlərdə birləşdirilməsi, əkilib becərilməsinin məhsul istehsalının artırılmasına səbəb olacağını qeyd edən H.Məlikov Azərbaycan Prezidentinin göstərdiyi bu diqqət və qayğıya aqrar sahədə çalışanların özlərinin əməli işləri ilə cavab verəcəklərinə əminliyini ifadə edib.
banner

Oxşar Xəbərlər