• cümə, 19 Aprel, 22:01
  • Baku Bakı 24°C

Prezidentin liderlərlə müzakirəsi

16.04.20 14:00 587
Prezidentin liderlərlə müzakirəsi
"Barselona”nın prezidenti Xosep Mariya Bartomeu komandanın liderləri ilə müzakirə aparıb.
Kaspi.az xəbər verir ki, Bartomeu Lionel Messi, Jerard Pike, Serxi Roberto və Serxio Busketslə videoəlaqə qurub. Söhbətə komandanın baş direktoru Oskar Qrau da qoşulub.
Liderlərlə klubun direktorlar şurası üzvlərinin istefası müzakirə edilib. Primerada yaranan fasilə ilə bağlı da söhbət aparılıb, La Liqanın davam etdirilməsi üçün təklif edilən variantlar nəzərdən keçirilib.
Bir müddət əvvəl məlumat yayılmışıdı ki, Bartomeu ona loyal olmayan funksionerlərdən istefaya getməyi tələb edib. Bildirilir ki, onun əsas istəyi vitse-prezident Emil Russonu istefaya göndərməkdir.
banner

Oxşar Xəbərlər