• cümə, 19 Aprel, 05:36
  • Baku Bakı 18°C

Prezidentin köməkçisi Əli Həsənovun məqaləsi Türkiyə mediasında yer alıb - Video

12.10.19 09:33 588
Prezidentin köməkçisi Əli Həsənovun məqaləsi Türkiyə mediasında yer alıb - Video
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun ötən gün "Facebook"da paylaşdığı "Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır" başlıqlı məqaləsi Türkiyə mediasının diqqətini çəkib. Türkiyə televiziya kanalları sözügedən məqalədən sitatları tamaşaçılara çatdırıb. Hazırlanan süjetlərdə qeyd olunub ki, "Türk Ordusunun Fıratın Doğusunda başlatdığı "Barış pınarı" haraketi davam edərkən, Mehmetciyə beynəlxalq dəstək gəlməkdə davam edir. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov əməliyyat haqqında yazılı mesaj yayıb. O, mesajında Türkiyəyə hərbi əməliyyatda uğurlar diləyib".
Sözügedən sujetin videosunu və professor Əli Həsənovun qeyd edilən məqaləsini təqdim edirik:
banner

Oxşar Xəbərlər