AZE | RUS | ENG |

Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir

Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
Azərbaycan Respublikasının Prezidenti İlmam Əliyevin 2019-cu il iyunun 18-də bir çox dövlət qurumlarında, eyni zamanda, elm və təhsil müəssisələrində çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, aparılan iqtisadi islahatlar və əldə olunan nailiyyətlər sayəsində bu gün ölkənin bütün sahələrində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır.
Akademik qeyd edib ki, Prezidentin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”, "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur.
"Biz elm və təhsil işçiləri bundan sonra daha da səylə çalışacağıq ki, Azərbaycan elminin inkişafına öz töhfələrimizi verək”, - deyə İsa Həbibbəyli qeyd edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299