• şənbə, 27 Aprel, 04:12
  • Baku Bakı 14°C

Prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

12.01.15 10:27 985
Prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
Xorvatiyada keçirilən prezident seçkilərinin 2-ci turunda müxalifətdəki sağ-mərkəzçi Xorvatiya Demokratik Birliyi Partiyasının namizədi Kolinda Qrabar Kitaroviç qalib gəlib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, mövcud prezident İvo Yosipoviç məğlubiyyətini etiraf edib. “Hər şey bitdi, xanım qələbə çaldı”, - deyə o, söyləyib.
İlkin məlumatlara əsasən K. Qrabar Kitaroviç 50,42%, İ. Yosipoviç 49,58% səs alıb. İlk turda İ. Yosipoviç 38,48%, K. Qrabar-Kitaroviç isə 37,18% səs toplamışdı.
banner

Oxşar Xəbərlər