• cümə axşamı, 28 mart, 16:18
  • Baku Bakı 16°C

Prezident: "Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi"

07.01.21 12:51 314
Prezident: "Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi"
"Beləliklə, müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. Biz bu gün bu barədə də danışacağıq. Amma bundan əvvəl 2020-ci ildə baş vermiş başqa hadisələr haqqında demək istərdim".
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Prezident qeyd edib ki, 2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilib: "Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır".

banner

Oxşar Xəbərlər