• çərşənbə axşamı, 23 aprel, 23:35
  • Baku Bakı 20°C

Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb

17.01.19 15:00 450
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb
Prezidentİlham Əliyevİnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
"Report” xəbər verir ki, qanunlaAzərbaycanda əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasıilə bağlıcəzalar müəyyənləşdirilib.
Belə ki, məcəlləyə əlavə edilən276-1-ci (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) maddəsinə əsasən, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər500manatdan1000manatadək, vəzifəli şəxslər2 500manatdan3 500manatadək məbləğdə, hüquqi şəxslər5 000manatdan10 000manatadək məbləğdə cərimə edilir.
Əlavə edilən digər –457-1-ci (Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması) maddəsində qeyd olunur ki, Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni: Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər100manatdan200manatadək, vəzifəli şəxslər400manatdan600manatadək, hüquqi şəxslər1 000manatdan2 000manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların emalı (əridilməsi) ilə məşğul olan və təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından yoxlanmasımüvafiq qaydalara əsasən həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər