bazar, 04 Dekabr, 09:15

Baku Bakı 4°C

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona zəng edib

icon 171 icon 05 oktyabr 2022 | 09:23 Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona zəng edib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlətimizin başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.