cümə, 22 Sentyabr, 01:27

Baku Bakı 22°C

Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

icon 216 icon 27 noyabr 2021 | 16:41 Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub


Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
"Report"xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.