• cümə, 26 Aprel, 12:15
  • Baku Bakı 23°C

Prezident İlham Əliyevin apardığı titanik islahatlar və qələbə

20.11.20 13:45 596
Prezident İlham Əliyevin apardığı titanik islahatlar və qələbə
1918-ci ilin noyabr ayının 22-də Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt - Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 13 may 1920-ci il tarixdə Ədliyyə Nazrliyi ləğv edildi və əvəzində Xalq Ədliyyə Komissarlığı quruldu. Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamışdır. SSRİ-nin dağılması ilə yenidən müstəqilliyə nail olmuş Azərbaycan xalqı tez bir zamanda dövlətçiliyin itirilməsi, Azərbaycanın parçalanması təhlükəsi ilə üz-üzə qaldığından xalqın tələbi ilə Ümummilli lider yenidən hakimiyyətə gəlmişir. Müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər, atılan əməli addımlar, islahatlar bir-neçə il ərzində sabit və dinamik inkişaf xəttini tuta bilən dövlət aparatının formalaşmasına, bu inkişafa imkan verən qanuvericlik bazasının, hüquq sisteminin yaradılmasına səbəb olmuşdur. Ümummillli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr - Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanmışdır. Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin, məhkəmə sisteminin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mühüm uğurlar əldə edilmişdir. Qeyd edilən titanik islahatlar bütün sahələri əhatə etmiş, Azərbaycan Respublikası dünya miqyasında iqtisadi cəhətdən ən sürətli inkişaf edən dövlətə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin qarşısına qoyduğu ən ümdə məsələ Azərbyacan Respublikasının suverenliyinin bərpa edilməsi olmuşdur.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaq­larına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış­dır. Həmin fəaliyyətin tərkib hissəsi olaraq, 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Res­publikasının ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon işğal olunmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qaydışından sonra çıxışlarının birində onun başa çatdıra bilmədiyi işlərin, məhz cənab Prezident İlham Əliyev tərəfindən başa çatdırılacağını bildirmişdir. Cənab Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə tərəfdar olmuş, lakin dəfələlə öz çıxışlarında işğalın daimi olaraq davam etdirilməsinin yolverilməz olduğunu bildirmişdir. Erməni siyasi-hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək cari il sentyabrın 27-də növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başlamışdır. Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks həmlə ilə 44 gün müddətində düşməni diz çökməyə məcbur etmişdir. Məhz Ali Baş Komandan tərəfindən bu illər ərzində aparılmış, uğurlu titanik islahatlar, ordu quruculuğu, eyni zamanda bütün sahələrdə aparılmış islahatlar, Xalq-Prezident birliyi nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Deyə bilərik ki, Ali Baş Komandan, cənab Prezident Ilham Əliyev Ulu Tanrının Azərbaycan xalqına olan ən qiymətli hədiyyəsidir. Cənab Prezident Ilham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünya miqyasında hər sahədə qüdrətli dövlətə çevrilmişdir. Bu cür şanlı tarixin yazıldığı dövrdə çalşmaq, hər hansı sahədə öz vəzifələrini yerinə yetirmək əlbəttə ki, hər bir vətəndaşın xoşbəxtliyidir.
Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, yaşasın Azərbaycan xalqı, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !

Lənkəran Rayon Məhkəməsinin hakimi
Məmmədov Toğrul Məhəmməd oğlu

banner

Oxşar Xəbərlər