• cümə axşamı, 25 aprel, 12:45
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi reallığa çevrilir, əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər

28.11.21 14:19 260
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi reallığa çevrilir, əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər
Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
AZƏRTACxəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında azad olunmuş ərazilərin bərpası üzrə görülən işlərdən danışarkən bildirib.
İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında Zəngəzur dəhlizi haqqında məlumat verdiyini qeyd edən Azərbaycan Prezidenti vurğulayıb: "Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

banner

Oxşar Xəbərlər